Milli Şuranın müşahidəçisi də reallığı etiraf edir

Milli Şuranın müşahidəçisi də reallığı etiraf edir

Seçkilərin demokratik keçirildiyini yerli və beynəlxalq müşahidəçilər də təsdiq edirlər. Baxmayaraq ki, Milli Şuranın tərəfdarları bu reallıqla barışmaq istəmirlər, özlərini görməzliyə vururlar amma fakt budur ki, seçicilərin səs vermələri üçün bütün şərait yaradılıb. SİA-nın əməkdaşının verdiyi məlumata görə, bunu müxalifət düşərgəsinin ayrı-ayrı üzvləri də etiraf etməli olurlar.

45 saylı Abşeron seçki dairəsinin 6 saylı məntəqəsində "Milli Şura"nın prezidentliyə namizədi Cəmil Həsənlinin müşahidəçisi olan bir xanım məntəqəyə gəlib, hər şeyin sakit olduğunu görüb. Yarım saat dayandıqdan sonra naməlum səbəblərdən hay-küy salıb və çıxıb gedib.

9 saylı Binəqədi 2-ci seçki dairəsinin 14 saylı məntəqəsində "Milli Şura"dan müşahidəçi, AXCP üzvü Cəfər Baxşıyev isə seçki ilə bağlı hələ ki, heç bir iradının olmadığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə