ATƏT-in müşahidəçisi Sherry Qorfuy: "Seçkilər demokratik və şəffaf keçir"

ATƏT-in müşahidəçisi Sherry Qorfuy: "Seçkilər demokratik və şəffaf keçir"

Bu gün Azərbaycanda keçirilən prezident seçkiləri demokratiyanın tələblərinə uyğun, şəffaf keçirilir. SİA-nın əməkdaşının verdiyi məlumata görə, bu faktı ölkəmizə seçkiləri müşahidə etmək üçün gəlmiş xarici müşahidəçilər də etiraf edirlər. 9 saylı Binəqədi 2-ci Dairə Seçki Komissiyasının 16 saylı seçki məntəqəsində ATƏT-dən olan müşahidəçilər Sherry Qorfuy, Bofshart Hicrel bildiriblər ki, seçkilər normal keçir: "Biz bura seçki prosesini sənədləşdirməyə gəlmişik və müşahidələrimizi qeyd etmək fikrindəyik. Daha geniş və ətraflı məlumatı isə sabah açıqlayacağıq".

29 saylı Səbail Dairə Seçki Komissiyasının 28 saylı seçki məntəqəsində Amerika konqresindən olan müşahidəçi Michael Msmahon və Asma Euea bildiriblər ki, səsvermədə sakitlik mövcuddur, insanların fəallığı müşahidə edilir: "Seçicilər arasında maarifləndirmə aparılıb. Qazanılan təcrübə insanlarda seçki ilə bağlı geniş məlumatlar formalaşdırıb".

Bütün xəbərlər Facebook səhifəmizdə