Ramis Topal: "Azərbaycanın inkişafı Avropa ölkələri sırasına daxil olmasına şərait yaradıb" FOTOLAR
Tərəqqi liseyində yerləşən 19 saylı Nərimanov IX və I Dairə Seçki Komissiyasının 5 və 6 saylı seçki məntəqəsində seçicilər fəallıqla səsvermədə iştirak edir. SİA-nın xəbərinə görə, 5 saylı seçki məntəqəsində bu saata kimi 300 nəfər səsvermədə iştirak edib. Heç bir qanun pozuntusu aşkar olunmayıb. 6 saylı seçki məntəqəsində isə 250 nəfər seçici səsvermə hüququndan istifadə edib. Məntəqədə 20-dən çox xarici müşahidəçi qeydiyyatdan keçib.
Türkiyə Böyük Millət Məclisinin deputatı Ramis Topal açıqlamasında bildirib ki, Azərbaycanın son 10 ildə inkişafı Avropa ölkələri sırasına daxil olmasına şərait yaradıb: "Azərbaycan çox xoşuma gəlir. Burda seçkilər tam demokratik, şəffaf şəkildə həyata keçirilir. Artıq bir neçə məntəqəni müşahidə etmişik. Heç bir qanun pozuntusuna rast gəlinməyib. Bütün namizədlərə uğurlar arzu edirəm".
Nailə İbrahimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB