Azərbaycanda mövcud olan 125 Dairə Seçki Komissiyasından 4-ü – 37, 38, 39 və 40 saylı Dairə Seçki Komissiyaları (DSK) Gəncədə seçicilərin ixtiyarında olacaq. SİA-nın Qərb bürosunun xəbərinə görə, 104 daimi və 7 əlavə məntəqə üzrə 154 min 662 nəfərin səs verəcəyi gözlənilir. 2040 nəfər ilk dəfə səs verəcək. 80-100 yaş arası seçicilərin sayı isə 2247 nəfərdir. 40 məntəqədə seçkilərin gedişini dünyanın istənilən yerindən internet vasitəsi ilə canlı izləmək mümkün olacaq.
37 saylı Nizami birinci seçki dairəsində 24 mülki, 3 hərbi məntəqə, 38 saylı Nizami ikinci seçki dairəsində 24 mülki, 1 təcridxana məntəqəsi, 39 saylı Kəpəz birinci seçki dairəsində 29 mülki, 3 hərbi məntəqə, 40 saylı Kəpəz ikinci seçki dairəsində isə 30 mülki məntəqə fəaliyyət göstərir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB