ATƏT-in Parlament Assambleyasının rəsmi üzvü: "Seçki prosesi demokratik və şəffaf həyata keçirilir"
25 saylı Nizami II Dairə Seçki Komissiyasının 17 saylı seçki məntəqəsində səsvermə davam edir. Saat 08:00 dən start verilən səsvermə prosesində seçki bülletenlərinin sayı 1376 –dır. SİA-nın xəbərinə görə, hazırda ATƏT-in Parlament Assambleyasının rəsmi üzvü, xarici əlaqələr sahəsində müdafiə və silahlı qüvvələr üzrə sədr müavini Yves Pozze di Borgo bu seçki məntəqəsində seçkiləri müşahidə edib.
O qeyd edib ki, Azərbaycanda keçirilən prezident seçkiləri qanedici şəkildə həyata keçirilir: "Mən bir çox ölkələrin seçki prosesində müşahidəçi qismində iştirak etmişəm. Bu gün isə Azərbaycanda seçki prosesinin gedişini izləmək üçün ölkənizə ezam olunmuşam. Səhər saatlarında seçkilərə start verildikdən sonra apardığım müşahidələrə görə deyə bilərəm ki, prosesdə hər şey öz qaydasındadır. Demokratik və şəffaf sferada keçirilən seçkilərə seçici marağı da qaneedici səviyyədədir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB