3 saat ərzində səsvermədə heç bir problem yaşanmayıb FOTO

3 saat ərzində səsvermədə heç bir problem yaşanmayıb FOTO

41 saylı Sumqayıt I Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsində saat 10:30-a olan göstəriciyə görə səsvermədə 197 nəfər iştirak edib. SİA-nın məlumatına görə, MDB ölkələrindən olan xarici müşahidəçilər seçkinin normal şəkildə keçdiyini bildiriblər: "3 saat ərzində səsvermə prosesi qanunlara uyğun şəkildə həyata keçirilib. Heç bir problemlə qarşılaşmamışıq. Azərbaycanda seçkilər demokratik şəraitdə həyata keçirilir. Biz müşahidələrimiz zamanı seçkilərin şəffaflığının şahidi oluruq. İnsanlar heç bir müdaxilə olmadan rahat seçimlərini edir, öz namizədlərinə səs verirlər".

Qeyd edək ki, seçki məntəqəsinə nəzarət edən müşahidəçilər daha sonra digər məntəqələrə yollanıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə