41 saylı Sumqayıt I Dairə Seçki Komissiyasının 24 saylı seçki məntəqəsində bu saata qədər səsvermədə 200 nəfərdən çox seçici iştirak edib. Səsvermədə 90 nəfər qadın qeydə alınıb. SİA-nın məlumatına görə, 24 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Bolqarıstandan olan xarici müşahidəçi Həmid Həmid seçkinin çox gözəl ab-havada keçdiyini bildirib: "Azərbaycanda seçki ab-havası çox yüksəkdir. Bütün seçicilərdə xüsusi aktivlik müşahidə edilir. Seçkilər şəffaf keçirilir. Vətəndaşlar demokratik şəraitdə səslərini verir, heç bir problemlə qarşılaşmırlar. Saatlar keçdikcə seçici aktivliyi də xüsusi nəzərimizə çarpır".
Qeyd edək ki, səsvermə prosesində heç bir qanun pozuntusu qeydə alınmayıb.


Bəxtiyar Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB