Koreyalı müşahidəçi: "Ölkənizdə seçkilər şəffaf keçirilir"

Koreyalı müşahidəçi: "Ölkənizdə seçkilər şəffaf keçirilir"

24 saylı Nizami I Dairə Seçki Komissiyasının 2 saylı seçki məntəqəsində səsvermə davam edir. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının baş katibi həmsədri, Nepal, Vyetnam və Koreya müşahidəçilər qrupunun rəhbəri Çunq Ey Yonq SİA-ya açıqlamasında bildirib ki, Azərbaycanda seçkilər demokratik və sülh şəraitində keçirilir: "Azərbaycan da Koreya kimi, demokratik istiqamətdə inkişaf edən ölkədir. Müşahidələrimiz əsasında deyə bilərəm ki, ölkənizdə seçkilər şəffaf keçirilir. Seçici fəallığı hiss olunan dərəcədədir. Azərbaycanın bizi müşahidəçilər qismində seçkilərə dəvət etməsi ölkənizin demokratiyasından və özünə olan güvənindən xəbər verir. Biz müşahidələrimiz zamanı bu güvənin nə dərəcədə doğru oduğunun şahidi oluruq. Azərbaycanda seçkilər gözlədiyimizdən də sakit və şəffaf keçirilir".

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə