132-134 saylı təhsil kompleksində yerləşən 29 saylı Səbail Dairə Seçki Komissiyasının 4 saylı seçki məntəqəsində insanlar aktiv şəkildə səsvermədə iştirak edir. SİA-nın məlumatına görə, məntəqədə 982 nəfər qeydiyyatdan keçib: "Onlardan artıq 40 nəfəri səsvermədə iştirak edib. Səsvermədə iki nəfər çıxarışla səs verib.
ICAPP –in İrandan olan nümayəndəsi Hasan Qafuru isə bildirib ki, Azərbaycanda seçkilər İranla müqayisədə çox sakit şəkildə keçir. Onun sözlərinə görə, hazırkı vəziyyətdə səsvermə demokratik qaydada davam edir.
Yerli müşahidəçilərdən açıqlama verən Zərifə Quliyeva bildirib ki, müşahidə zamanı qanun pozuntusu aşkarlanmayıb. Onun sözlərinə görə, Azərbaycanda seçki təcrübəsi yüksəkdir: "Hər bir vətəndaş sərbəst şəkildə istədiyi namizədə səs vermək imkanına malikdir. Bunun üçün ölkədə şərait yaradılıb".
Nailə İbrahimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB