Bu gün Azərbaycan Respublikasında prezident seçkiləri keçirilir. SİA-nın məlumatına görə, səhər saat 08.00-dan səsverməyə start verilib. Prezident yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən 29 saylı Səbail Dairə Seçki Komissiyasının 2 saylı seçki məntəqəsində 10 nəfər səsvermədə iştirak edib. Seçki prosesini ICAPP- ın 7 nəfərdən ibarət beynəlxalq müşahidəçilər izləyir. ICAPP in nümayəndə heyətinin rəhbəri Jose De Venesiya açıqlamasında bildirib ki, Azərbaycanda seçkilər çox sakit demokratik şəkildə həyata keçirilir: "Seçki prosesində bizi narahat edən heç bir məqam yoxdur. Hələlik, hər şey demokratik və sakit qaydada davam edir".
Qeyd edək ki, seçkilər prosesində bu saata qədər heç bir qanun pozuntusu qeydə alınmayıb.
Nailə İbrahimqızı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB