Sabah QHT Əməkdaşlıq Alyansı 125 seçki dairəsində “exit-pol” keçirəcək və müşahidə aparacaq

Sabah QHT Əməkdaşlıq Alyansı 125 seçki dairəsində “exit-pol” keçirəcək və müşahidə aparacaq

9 oktyabr 2013-cü ildə QHT Əməkdaşlıq Alyansının müşahidəçiləri paytaxtda və ölkənin müxtəlif bölgələrində müşahidə aparacaq. Alyansdan SİA-ya verilən məlumata görə, bunun üçün Alyansın MSK-da qeydiyyatdan keçmiş müşahidəçiləri regionlara səfər ediblər. Müşahidəçilər tərəfindən bütünlükdə seçki prosesi və seçici aktivliyi, məntəqələrdə seçicilər üçün yaradılan şərait, "exit-pol"un aparılması müşahidə ediləcək. Eyni zamanda səsvermə başlamazdan öncə seçki məntəqəsinin ərazisində qeydiyyatda olan seçicilərin sayı və seçki bülletenlərinin sayının elan olunub-olunmaması, seçki qutularının boş olmasının seçki məntəqəsində olan şəxslərə göstərilməsi, səsvermə başlamazdan öncə seçki məntəqəsindən kənarda səs vermək üçün edilən müraciətlər və onların sayı, sənədləri düzgün olan seçicilərin səsvermədə maneəsiz iştirak edib-etməməsi, seçicilərin barmaqlarının yoxlanılması və s. kimi prosedurlarla bağlı da məlumatlar toplanacaq.

QHT Əməkdaşlıq Alyansı seçki günü ölkə üzrə 125 seçki dairəsində 939 məntəqədə "exit-pol" keçirəcək. Bütün intervüyerlər treninqlərdə iştirak edib və artıq regionlara ezam edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə