Məlum olduğu kimi, Multimedia Mərkəzi tərəfindən "Onlayn Medianın inkişafına dəstək" layihəsi çərçivəsində treninqlər təşkil olunur. SİA-nın verdiyi xəbərə görə, təlimlərin məqsədi ölkədə İnformasiya Cəmiyyəti quruculuğundan, xüsusilə elektron hökumət quruculuğundan yazan jurnalistlərin hazırlanmasına köməklik göstərməkdir. Təlimlər 21-25 oktyabr tarixlərində, saat 14.00 – 18.00 arasında AMEA Infromasiya Texnologiyaları İnsititutunun Təlim Mərkəzində keçiriləcək.
Həmçinin təlimləri hər il olduğu kimi İKT və media sahəsində çalışan peşəkar mütəxəssislər aparacaq. Təlimçilər və təlimin mövzuları artıq müəyyənləşib. Eyni zamanda Jurnalistlərin maraq dairələri nəzərə alınmaqla hazırlanan xüsusi Proqram əsasında keçiriləcək. Treninqlərdə iştirak etmək istəyənlər üçün kompüter və informasiya texnologiyaları sahəsində elementar biliklərə sahib olmalıdırlar. Treninqləri uğurla başa vuranlara sertifikatlar veriləcək. Treninqlərdə iştirak etmək istəyənlər qabaqcadan qeydiyyatdan keçməlidirlər. Yerlərin sayı məhduddur.
İştirak etmək istəyənlər www.telim.org saytında qeydiyyatdan keçə bilərlər. Və ya [email protected] e-mail ünvanına müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Qeyd edək ki, layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB