BMT-nin Nyu Yorkdakı mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, BMT-nin Sivilizasiyaların Alyansı və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə həyata keçirilən "Azərbaycan-Tolerantlıq Məkanı" adlı foto-sərgi 1 həftə ərzində dünyanın ən nüfuzlu beynəlxalq təşkilatında sərgilənib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən xəbərə görə, foto-sərgidə Heydər Əliyev Fondunun "Azərbaycan – tolernatlıq ünvanı" layihəsi çərçivəsində Azərbaycana dəfələrlə yaradıcı səfərlər etmiş dünya şöhrətli fotoqraf Reza Deqatinin ölkəmizdə dini tolerantlığı əks etdirən fotoşəkilləri sərgilənir.
Sərgi çərçivəsində Nyu Yorkun məşhur Times Square meydanında işıqlandırılan reklam panellərindən birinin üzərində "BMT-nin Sivilizasiyalar Alyansı və Heydər Əliyev Fondu: "Azərbaycan-Tolerantlıq məkanı" Rza Deqatinin təqdimatında" yazısı əks etdirilmişdir. DQİDK-dən əldə etdiyimimiz "Times Square"-də çəkilən şəkildən göründüyü kimi reklamda sərginin emblem fotosu da öz əksini tapıb.
Qeyd edək ki, Times Square meydanı Nyu York şəhərinin hər gün yüz minlərlə tursitin ziyarət etdiyi ən məşhur yerlərindən biridir.
Xatırladaq ki, bu müstəqillik tarixində ölkəmizin tolerantlıq ənənələrini BMT-də tərənnüm edən ilk sərgidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB