Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Seçki Qərargahı Prezident seçkiləri ilə əlaqədar Respublikanın bütün bölgələrini əhatə edən seminarlara Sumqayıtda yekun vurub. AVCİYA-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Sumqayıt şəhər tarix muzeyi təşkil olunmuş seminarda AVCİYA Seçki Qərargahının rəhbəri, dosent Məhərrəm Zülfüqarlı məruzə edərək Prezident seçkilərinin ölkəmiz üçün əhəmiyyətini qeyd edib, müşahidəçilərin hüquq və vəzifələri, seçki günü monitorinq zamanı görəcəyi işlər haqqında konkret məlumatlar verib. Daha sonra məruzəçi müşahidəçilərin müxtəlif suallarına cavab verib. Tədbirin sonunda müşahidəçilərə MSK–da qeydiyyatdan keçib vəsiqələr, seçki günü istifadə etmək üçün qovluqlar və yaddaş kitabçaları paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB