Tanınmış teleaparıcı şəhid və itkin düşmüşlərin ailələri ilə görüşdü FOTOLAR

Tanınmış teleaparıcı şəhid və itkin düşmüşlərin ailələri ilə görüşdü FOTOLAR

Tanınmış teleaparıcı, psixoloq-alim İlham Mirzəyev bir daha şəhid və itkin düşmüşlərin ailələri ilə görüşüb. SİA-nın anspress-ə istinadən verdiyi məlumata görə, o, bu dəfə Şüvəlan və Buzovnada yaşayan ailələrlə görüş keçirilib. Dərdləri böyük olan insanlar özləri şəxsən İlham Mirzəyevlə görüşmək istəyiblər. Məşhur aparıcı da onları qırmayaraq evlərinə qədər gedib.

İlk getdiyi şəhid ailəsinin oğulları Nəsibov Mehman Fizuli rayonunda şəhid verən ailənin oturmağa belə stul-stolları olmadığını görüb onlara lazım olan hər əşyalaını alıb hədiyyə edib. Onlarla söhbətləşərək dərdlərini bölüşüb. Psixoloğun baş çəkdiyi ikinci evdə isə ailənin tək oğul övladı müharibədə döyüşərkən kontuziya alıb, müharibə veteranıdır. Amma müalicə üçün imkanı olmadığından hələ də müalicəsiz qalıb. İlham ona da müalicə üçün ehtiyacı olan məbləği ödəyib.

Məşhur tepeaparıcı ilə görüşə gələnlər arasında kasıb bir ailə üzvünün beyin əməliyyatı keçirməsi lazım idi. İlham Mirzəyev onu da öz üzərinə götürüb kömək edəcəyinə söz verib. 8 yaşlı uşağın da psixoloq müayinəsinə ehtiyacı vardı. Psixoloq uşağı öz klinikasında qəbul edəcəyini bildirirək, onun problemini həll edəcəyini bildirib.

İlham Mirzəyevi xoş və gülər üzlə qarşılayan şəhid və itkin düşənlərin ailələri ondan ayrılmaq istəməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə