“Böyük İpək Yolu” ilə GUAM arasında memorandum imzalanıb

“Böyük İpək Yolu” ilə GUAM arasında memorandum imzalanıb

"Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqı ilə GUAM arasında əməkdaşlıq memorandumu imzalanıb. SİA-nın məlumatına görə, sənədi GUAM-ın baş katibu Valeri Çeçelaşvili və "Böyük İpək Yolu" Beynəlxalq Gənclər İttifaqının rəhbəri, Milli Məclisin deputatı Fuad Muradov imzalayıblar.

Mərasimdə çıxış edən F. Muradov bildirib ki, iki təşkilatın əməkdaşlığı iqtisadiyyat və humanitar sahələri, xüsusilə işgüzar insanların görüşünü, mədəni və idman təbdirlərinin təşkilini əhatə edəcək. Onun sözlərinə görə, "Böyük İpək Yolu" təşilatı indiyə qədər Avropanın 3, Amerikanın 4 təşkilatı ilə əməkdaşlıq edir.

Daha sonra söz alan V. Çeçelaşvili bildirib ki, təşkilat 4 ölkə ilə sıx əməkdaşlıq edir və bu da layihələrin tez və asan şəkildə həyata keçməsinə şərait yaradır. Onun sözlərinə görə, GUAM-ın getdikcə dünyada nüfuzu artır: "Bir sıra ölkə və təşkilatlar GUAM-la əməkdaşlığa maraq göstərir. Lakin "Böyük İpək Yolu" ilə əməkdaşlığımız bizi çox sevindirir. Ona görə ki, təşkilatlarımız arasında bir sıra oxşar cəhətlər var. Əməkdaşlığa dair memorandumun imzalanması bu istiqamətdə atılan daha bir addımdır".

Bütün xəbərlər Facebook səhifəmizdə