Vüsal Qasımlının elmi əsəri Koreyada nəşr olunub

Vüsal Qasımlının elmi əsəri Koreyada nəşr olunub

Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) şöbə müdiri, iqtisad üzrə fəlsəfə doktoru Vüsal Qasımlının məqaləsi Koreyanın "Journal of Central Asian Economies" elmi jurnalında nəşr edilib. SAM-dan SİA-ya verilən məlumata görə, Vüsal Qasımlının ingilis dilində olan məqaləsi "Azərbaycanın kənd təsərrüfatının modernizasiyası" adlanır.

SAM-ın şöbə müdiri məqalədə Azərbaycanda aqrar sahədə aparılan modernizasiya işlərinin elmi təhlilini verib.

Qeyd edək ki, elmi məqalədə istehsal funksiyası və ümumi amil məhsuldarlığı hesablanaraq kənd təsərrüfatının modernləşdirilmə istiqamətləri müəyyənləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə