Maarifləndirmə işlərinə hər zaman böyük önəm verən "Təmiz Şəhər" ASC-nin bu sahədə qarşısına qoyulan məsələlərdən biri də təhsil müəssisələrində ekoloji təlim-tərbiyə işlərinin aparılması, mühazirələrin oxunmasıdır. SİA-ya verilən məlumata görə, bu məqsədlə cəmiyyət tərəfindən müxtəlif universitetlərin ekologiya sahəsində təhsil alan tələbələri üçün müntəzəm mühazirələr təşkil olunur.
Növbəti mühazirələr Azərbaycan Memarlıq və İnşaat Universitetinin "Fövqəladə Hallar və həyat fəaliyyətinin təhlükəsizliyi" fakültəsində təşkil edilib. "Bərk məişət tullantılarının idarə edilməsi" mövzusunda mühazirədə Azərbaycan Respublikası Milli Məclisinin Aparatının sektor müdiri Şamil Hüseynov, "EkoReal" QHT-nin direktoru Telman Zeynalov, Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru Nəriman Ağayev, "Təmiz Şəhər" ASC-nin "Ətraf mühit və əməyin mühafizəsi" şöbəsinin müdiri Sabit Zeyniyev çıxış ediblər.
Tədbirdə Milli Məclisin nümayəndəsi tərəfindən tələbələrə ətraf mühitin mühafizəsi sahəsində Milli Məclis tərəfindən qəbul olunan qanunlar, qərarlar və normativ hüquqi aktlar barədə məlumat verilib. Davamlı İnkişaf Araşdırmaları Mərkəzinin direktoru bərk məişət tullantılarının düzgün idarə olunmasının insanların həyat fəaliyyətinin təhlükəsizliyində rolu barədə məlumatları tələbələrin nəzərinə çatdırıb. "Təmiz Şəhər" ASC-nin "Ətraf mühit və əməyin mühafizəsi" şöbəsinin müdiri Sabit Zeyniyev Səhmdar Cəmiyyətin gördüyü işlər barədə təqdimat keçirib.
Qeyd edək ki, Səhmdar Cəmiyyət tərəfindən həyata keçirilən maarifləndirmə tədbirlərinin məqsədi gənclərin ekologiya və ətraf mühit sahəsində biliklərinin artırılması və ətraf mühitə qayğı ilə yanaşmağa çağırmaqdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB