Bakı Metropolitenində 1 saatda 38 min sərnişin daşınır

Bakı Metropolitenində 1 saatda 38 min sərnişin daşınır

Bakı Metropolitenində günün gur saatlarında bir istiqamətdə 1 saatda 38 min sərnişin daşınır. Metropolitenin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, aparılan araşdırmalara əsasən, müvafiq tədbirlər görülmədiyi təqdirdə, bu rəqəm 2016-cı ildə 48 minə, 2030-cu ildə isə 80 min nəfərə çatacaq. Bu proqnozlar Bakı əhalisinin illik artım tempinin 2,5 faiz götürülməsi əsasında edilib.

Təhlükəsizlik və rahatlıq baxımından bu göstərici Avropa standartlarına görə 30 min nəfər təşkil edir, yəni vaqonun 1 kvadratmetrində 6 nəfər sərnişin daşınmalıdır.

Hazırda Bakı Metropoliteninin vaqonlarında günün gur saatlarında 1 kvadratmetrdə 8-10 sərnişin daşınır ki, bu da təhlükəsizlik tələblərinə cavab vermir.

Bütün xəbərlər Facebook səhifəmizdə