Qaradağda möhtəşəm zirvə görüşü keçirilib

Prezidentliyə namizəd cənab İlham Əliyevin təbilğat-təşviqat kampaniyası uğurla davam edir
Qaradağda möhtəşəm zirvə görüşü keçirilib

Qaradağ rayonunda kampaniya çərçivəsində seçicilərlə zirvə görüşü keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Partiyanın Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov qaradağlıları salamlayaraq onları qarşıdan gələn prezident seçkilərində böyük fəallıq nümayiş etdirməyə və ölkəmizin gələcəyinin yeganə qarantı olan cənab İlham Əliyevə səs verməyə çağırıb.

Bildirib ki, Prezident İlham Əliyev paraqmatik siyasəti və fəaliyyəti ilə xalqımızın böyük sevgisini qazanıb. Azərbaycan son 10 ildə böyük sürətlə inkişaf edib, ölkənin regionları əsaslı şəkildə dəyişib, müasirləşib, insanların sosial vəziyyəti xeyli yaxşılaşıb. Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu vurğulayan A.Hüseynov bunun əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən düşünülmüş, ağıllı siyasətin nəticəsi olduğunu bir daha bəyan edib. O qaradağlıların hər zaman dövlətə dövlətçiliyə sadiq olduğunu, ümummilli lider Heydər Əliyev siyasi kursunun bu rayonda böyük sevgi ilə dəstəklədiyini də möhtəşəm zirvə görüşünün iştirakçılarının diqqətinə çatdırıb.

Təşkilat sədri 9 oktyabrda qaradağlıların yeganə seçiminin məhz cənab İlham Əliyev olacağına tam əminliyini ifadə edərək rayon ictimaiyyətinin böyük coşqu ilə seçki məntəqələrinə gələrək cənab İlham Əliyevə səs verməyə səsləyib.

Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin üzvü Fəttah Heydərov da Qaradağ rayon ictimaiyyətinin böyük təntənəli görüşə gəlmələrinin onların cənab İlham Əliyevə birmənalı sevgisi ilə bağlı olduğunu vurğulayıb. F.Heydərov ölkəmizdə son 10 il ərzində əldə olunan nailiyyətlərdən danışıb: "İqtisadi-siyasi sahədə böyük uğurlar əldə edən ölkəmiz Avropanın enerji təhlükəsizliyində xüsusi çəkiyə malikdir. Təbii ki, bütün bunların əsasında demokratik mühitin mövcudluğu, insanların sərbəst formada öz iradəsini ifadə etməsi, açıq dövlət siyasəti dayanır. Bütün bu nailiyyətləri nəzərə alaraq seçiciləri oktyabrın 9-da seçkilərə gəlməyi və Ulu Öndər Heydər Əliyev siyasi irsinin davamçısı cənab İlham Əliyevə səs verməyə çağırıram".

Daha sonra prezidentliyə namizədin səlahiyyətli nümayəndəsi, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı çıxış edərək qaradağlıları salamlayıb, onların YAP-ın möhtəşəm qələbələrində böyük aktivlik nümayiş etdirdiklərini söyləyib. M.Qurbanlı bildirib ki, 2003-cü ildə Azərbaycan xalqı etimad göstərərək Prezident seçdiyi dövlət başçısı İlham Əliyev Ümummilli Liderin layiqli davamçısı olduğunu 10 il ərzində gördüyü işlərlə sübuta yetirib: "Prezident İlham Əliyev neftdən gələn gəlirləri iqtisadiyyatın maksimum inkişafına yönəltdi və son 10 ilin uğurları ölkənin sərvətlərindən düzgün istifadə olunmasından xəbər verir. Bütövlükdə, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, müasir sosial-iqtisadi infrastruktur yaradılıb, qeyri-neft sektorunun dinamik inkişafı təmin edilib. Builki seçkilər Azərbaycan tarixində ən şəffaf, demokratik və ədalətli seçki olacaq. Cənab İlham Əliyevi növbəti müddətə Prezident seçən xalqımız xoşbəxt gələcəklərini təmin etmiş olacaq".

Çıxış edən Millət vəkili İsa Həbibəyli Respublikamızın bütün sahələrində həyata keçirilən davamlı sosial-iqtisadi inkişaf tədbirlərindən danışıb: "Ölkə başçısının rəhbərliyi altında Azərbaycan iqtisadi cəhətdən qüdrətli dövlətə çevrilib. Həmçinin əhalinin rifah halı yaxşılaşıb, yoxsulluq səviyyəsi aşağı düşüb. Ölkəmiz 10 il ərzində beynəlxalq aləmdə özünəməxsus yer qazanıb".

O, 9 oktyabr prezident seçkilərində Yeni Azərbaycan Partiyasının namizədi cənab İlham Əliyevin qələbəsinə bütün xalqımızın əmin olduğunu və seçiciləri seçki məntəqələrinə gələrək Ulu Öndər Heydər Əliyevin zəngin siyasi kursunun ən layiqli davamçısına səs verməyə çağırıb.

Rayon ictimaiyyəti adından danışan Qaradağ rayon sakini, Rus İcmasının Qaradağ rayonu üzrə nümayəndəliyinin rəhbəri Nataliya Paramanova da çıxışında Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşadığını vurğulayıb. N.Paramanova Azərbaycanda yaşayan rusların hər zaman dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarını söyləyib. O, Azərbaycanda həyata keçirilən bütün tədbirlərdə rusların və xüsusəndə Rus İcmasının həmişə aktiv olduğunu, onların qarşıdan gələn prezident seçkiləri ilə bağlı kifayət qədər informasiyalara sahib olduqlarını bildirərək seçimlərinin yalnız Cənab Prezident İlham Əliyev olacağına əminlik ifadə edib. N.Paramanova Qaradağda yaşayan bütün rusların 9 oktyabrda seçimlərinin məhz cənab İlham Əliyev olacağını və onların böyük aktivlik nümayiş etdirəcəklərini də söyləyib.

Rayon ictimaiyyətinin digər nümayəndələri də çıxışlarında 9 oktyabrda cənab İlham Əliyevə səs verəcəklərini vurğulayıblar.

Tədbir tanınmış incəsənət xadimlərinin konsert proqramı ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə