BMT-nin Uşaq Fondu (UNICEF) və Azərbaycan Milli Paralimpiya Komitəsi (AMPK) Anlaşma Memorandumunun imzalanması mərasimi keçirəcək. SİA-nın məlumatına görə, Anlaşma Memorandumu AMPK-nin prezidenti İlqar Rəhimov və UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri Mark Herevard tərəfindən imzalanacaq. Uşaq Paralimpiya Komitəsi 27 sentyabr 2013-cü il tarixdə AMPK İcraiyyə Komitəsinin qərarı ilə beynəlxalq təcrübədə ilk dəfə olaraq AMPK-nin nəzdində yaradılıb. Memorandumun imzalanmasında məqsəd Uşaqların Paralimpiya Hərəkatını beynəlxalq standartlar səviyyəsinə gətirmək üçün UNICEF və Azərbaycan Milli Paralimpiya Komitəsinin səylərinin bir araya gətirilməsidir.
Bu Anlaşma Memorandumunu imzalamaqla, AMPK və UNICEF, əlilliyi olan uşaq və yeniyetmələrin idman və oyunlarda iştirak etmələri üçün daha geniş əlçatanlıq və daha yaxşı imkanların, eləcə də onların cəmiyyətimizə inklüzivliliyinin təmin olunması sahəsində birgə fəaliyyət göstərmək üçün öhdəlik götürürlər.
İmzalanma mərasimində UNICEF və AMPK-lə ilə yanaşı, Milli Məclis, hökumət və vətəndaş cəmiyyətinin nümayəndələri və Paralimpiya İdmançıları da iştirak edəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB