Dövlət sərhədinin mühafizəsi istiqamətində tədbirlər həyata keçirilib

Dövlət sərhədinin mühafizəsi istiqamətində tədbirlər həyata keçirilib

Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən cari ilin sentyabr ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib. SİA-nın məlumatına görə, Xidmət tərəfindən qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilib. Ay ərzində dövlət sərhədini pozduqları üçün 27 halda 37 nəfər saxlanılıb. Onların 18 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Əfqanıstan, 4 nəfəri İran İslam Respublikası, 2 nəfəri Moldova, 2 nəfəri Özbəkistan, hər ölkədən 1 nəfər olmaqla Rusiya Federasiyası, Tacikistan, İsrail, Nigeriya, Qırğızıstan və Gürcüstan vətəndaşları olub. Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 11 nəfər, Xəzər dənizində 23 halda 37 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 206 nəfər aşkarlanıb, aidiyyəti orqanlara təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 4 halda 8 kiloqram 158 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.

Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 67 halda ümumi dəyəri təqribən 485 min manat olan qaçaqmal, o cümlədən 1 ədəd qaz tapançası, 1 ədəd pnevmatik tapança, 1 ədəd tir tüfəngi, 100 ədəd 28 mm-lik patron, 800 ədəd piston, 15 ədəd giliz, 2 ədəd tüfəng qundağı, 4 ədəd tüfəng dəstəyi, 4 ədəd beşbarmaq, 18 min qutu siqaret, 320 ədəd mobil telefon, bir baş at, 35.65 kq süni balıq kürüsü, müxtəlif növ dərman preparatları, spirtli içki və digər istehlak malları saxlanılıb.

Qeyd edək ki, Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə