"Kimlərinsə dediyini yazmağı heç kimə qadağan edə bilmərəm. Sadəcə gördüyünü yazmaq lazımdır". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iclasında deyib.
Məzahir Pənahov ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasını Azərbaycanda prezident seçkiləri ilə bağlı hesabatlarında yer alan məqamlara görə tənqid edib. O bildirib ki, müşahidə missiyasının birinci işi öz gördüyünü yazmaq olsa da, ilkin hesabatda həqiqətə uyğun olmayan məqamlar yer alıb: "Hər gün həmin qurumun əməkdaşları tədbirlərimizə və seçki prosesinə dəvət edilib. Seçki Məcəlləsində olmayan müddəaların icra olunmasını tələb etmək düzgün deyil".
Komissiyanın sədri həmin missiyanın rəhbəri ilə görüşdə bu iradları onun diqqətinə çatdıracağını da deyib: "Həqiqətən, bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, burada bir otaq ayırım, işləyin! Bəzi hallarda qurumu hörmətdən salan iradlar göstərilir. Vergi ödəyicilərinin pulunu niyə belə xərcləyirlər? Mən hesabatı oxuduqca, yazılanları təəccüblə qarşılayıram. Mən bilirəm ki, onlar hesabatı dəyişən deyillər, çünki müəyyən tapşırıq alıblar".
MSK sədri əlavə edib ki, Azərbaycan vətəndaşları kifayət qədər savadlı və müşahidə etmək bacarığına malik insanlardır: "Əlbəttə, çatışmazlıqlarımız da mövcuddur. Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatlarla əməkdaşlığı davam etdirmək niyyətindəyik. Müşahidə aparmaq çox məsuliyyətli fəaliyyətdir".
Nərmin Nəsirli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB