Sergey Lebedev: "Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil olunub"
MDB müşahidə missiyasının üzvləri sentyabrın 10-dan Azərbaycandadırlar. Uzunmüddətli müşahidə missiyasının 20 üzvü bu dövr ərzində paytaxt Bakıda və Azərbaycanın regionlarında olub, əlaqədar təşkilatların rəhbərləri və məsul şəxsləri ilə görüşüb, seçkilərə hazırlığın vəziyyəti ilə tanış olublar". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev deyib.
O bildirib ki, MDB müşahidə missiyasının 300-ə yaxın üzvü də Azərbaycanın regionlarında olacaq, həm seçkiqabağı vəziyyəti öyrənəcək, həm də səsvermənin gedişini izləyəcək: "Biz artıq deyə bilərik ki, seçkilərə hazırlıq yüksək səviyyədədir. Azərbaycan hökuməti, bu seçkilərə ciddi hazırlaşıb. Prezidentliyə namizədlərin hər birinə seçkiqabağı təşviqat üçün bərabər şərait yaradılıb. Seçki məntəqələri səsverməyə tam hazırdır. Bir sözlə, seçkilərlə əlaqədar çox obyektiv mənzərə yaranıb. Biz bu şəraitdən çox şadıq və əminliklə deyə bilərik ki, bütün bu və digər amillər seçkilərin tam azad, demokratik, şəffaf və ədalətli keçirilməsinə zəmin yaradıb. Əminik ki, seçkilər yüksək səviyyədə başa çatacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB