Patriarxdan Leyla Əliyevaya yüksək mükafat

Rus Provaslav Kilsəsi Heydər Əliyev Fondunun vitse-prezidentinə orden verib
Patriarxdan Leyla Əliyevaya yüksək mükafat

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Rus Provaslav Kilsəsinin yüksək ordeninə layiq görülüb. SİA-nın azərtac-a istinadən xəbər verir ki, Fondun Rusiya nümayəndəliyinin rəhbəri olan Leyla Əliyeva Moskva və bütün Rusiya patriarxı Kirilin göstərişi ilə 3-cü dərəcəli "Müqəddəs Knyaginya Olqa" ordeni ilə təltif edilib. Mükafat L.Əliyevaya müqəddəs knyaz Vladimirin Həştərxan şəhərində abidəsinin ucaldılmasında göstərdiyi yardıma, həmçinin Rusiya ilə Azərbaycan arasında dostluq əlaəqlərinin möhkəmlənməsi üçün göstərdiyi çoxsayli xidmətlərə görə, layiq təqdim olunub.

Qeyd edək ki, bu mükafat kislə, dövlət və ictimai işlərdəki xidmətlərinə görə xanımlara verilir. Mükafat daha əvvəl Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko, latviyanın keçmiş prezidenti Vayra Vike-Freyberq və Böyük knyaginya Mariya Vladimirovna Romanovaya təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə