MDB Müşahidə Missiyasının rəhbəri Sergey Lebedev Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovla görüşüb. SİA-nın məlumatına görə, MSK sədri müşahidəçilik institutunun seçkilərin şəffaflığı baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib, missiyanın üzvlərini Azərbaycanda görməkdən məmnun olduğunu bildirib.
S. Lebedev qeyd edib ki, seçkiqabağı vəziyyəti izləmək üçün MDB Müşahidə missiyasının bir qrupu sentyabrın 10-dan Azərbaycandadır: "Müşahidəçilər paytaxt Bakı ilə yanaşı, respublikanın regionlarında da olublar, bir sıra görüşlər keçirib, seçkiqabağı vəziyyətlə tanış olublar. Missiyanın digər üzvləri də regionlara səfər edəcək, səsvermə günü məntəqələrdə müşahidə aparacaqlar".
O, həmçinin qeyd edib ki, Azərbaycanın hərtəfəli inkişafı, seçkilərin demokratik, azad, şəffaf və ədalətli keçirilməsinə zəmin yaradıb.
Qeyd edək ki, qonaqlara seçkilərə hazırlıq prosesi ilə bağlı ətraflı məlumat verilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB