Bu gün Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) qanvermə aksiyası keçirilir. SİA-nın məlumatına görə, aksiyada universitetin tələbə və müəllim heyəti iştirak edir.
İki gün davam edəcək aksiya könüllü şəkildə həyata keçirilir. Aksiyanın birinci günündə 350-400, ikinci günündə isə 450-500 nəfərin iştirakı nəzərdə tutulub. Bugünkü aksiya universitetin əsas binasında, sabahkı isə ali məktəbin II korpusunda həyata keçiriləcək. Yığılan banklar "Qan Bankı"na təqdim ediləcək.
Qeyd edək ki, ADİU artıq 5 ildir ki, belə bir aksiya təşkil edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB