Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin 20-dən çox üzvü 9 oktyabrda ölkəmizdə keçiriləcək prezident seçkiləri ərəfəsində YAP-ın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərə üzərində YAP-ın loqosu olan köynəklər və papaqlar, həmçinin hakim partiyanın və Azərbaycan Respublikasının rəmzi bayraqları, bukletlər paylayıblar. SİA-nın xəbərinə görə, oktyabrın 1-dən başlayaraq Yeni Azərbaycan Partiyasının gəncləri respublikanın bütün şəhər və rayonlarını əhatə edən kampaniya çərçivəsində təbliğat materiallarının paylanmasını, Prezident İlham Əliyevin seçki platforması barədə seçicilərin məlumatlandırılmasını həyata keçirirlər. Bununla əlaqədar olaraq, YAP Gənclər Birliyinin üzvləri Bakı şəhəri ərazisində, insanların çox olduğu məkanlarda, istirahət parklarında vətəndaşlara 20 minə yaxın bukletlər təqdim ediblər.
Bukletlərdə Prezident İlham Əliyevin son 10 il ərzində ölkədə gördüyü işlər, müxtəlif sahələrdə qazanılan nailiyyətlər, həyata keçirilən sosial, iqtisadi layihələr, beynəlxalq uğurlar öz əksini tapıb.
YAP Gənclər Birliyinin üzvlərinin həyata keçirdiyi aksiya şəhər sakinləri tərəfindən böyük maraqla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB