Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Berd rayonunun Ayqedzor kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu və Qaralar kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar.

Tərtər rayonunun Yarımca, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə