Gəncədə Yaponiya hökumətinin "Ot kökləri və İnsan Təhlükəsizliyi Qrant yardımı Proqramı" çərçivəsində həyata keçirdiyi "Gədəbəyin Kiçik Qaramurad kəndində su sisteminin tikintisi" layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. SİA-nın Qərb bürosunun xəbərinə görə, ümumi məbləği 122 min ABŞ dolları olan layihədən 2500 kənd sakini faydalanacaq. Qrant müqaviləsini Yaponiya tərəfindən Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Azərbaycan tərəfindən isə "Gənclərin Sosial Problemlərinin həllinə yardım" təşkilatının sədri Anar Aslanov imzalayıb.


İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB