Gəncədə DSK-nın yeni binasının açılışı olub FOTO

Gəncədə DSK-nın yeni binasının açılışı olub FOTO

Gəncədə 40 saylı Dairə Seçki Komissiyasının yeni binası istifadəyə verilib. SİA-nın Qərb bürosu xəbər verir ki, tədbirdə əvvəlcə seçkiyə hazırlıq prosesindən danışılıb, daha sonra tədbir iştirakçıları 40 saylı Dairə Seçki Komissiyasının yeni inzibati binası ilə tanış olublar. Binada fəaliyyət göstərən müşavirə və akt zallarında informasiya-kommunikasiya texnologiyalarının ən son nailiyyətlərinin tətbiqi ilə hər cür şərait yaradılıb.

Hazırda dairənin 30 məntəqəsində 42.854 seçici qeydə alınıb. 11 məntəqədə VEB kamera, 13 məntəqədə isə əlillər üçün panduslar qurulub.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə