IDEA kampaniyası məktəblilərin diqqətini ətraf mühitin qorunmasına yönəldir
Hər il oktyabr ayının 4-də dünyanın bir çox ölkələrində qeyd olunan "Heyvanları Xilasetmə Günü" ilə əlaqədar olaraq IDEA (International Dialogue for Environmental Action) kampaniyası məktəblilərin Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarətini təşkil edib. IDEA-dan SİA-ya verilən məlumata görə, 30-dan artıq məktəblinin iştirakı ilə baş tutan ziyarətin təşkil olunmasında əsas məqsəd şagirdlərin diqqətini kimsəsiz heyvanların qayğısına yönəltmək, onları təbiətə, heyvanlara qarşı həssas davranmağa səsləmək, ən əsası isə, gənclər arasında kimsəsiz, xəstə heyvanların yenidən təbii mühitə qayıtmasında birgə səyi formalaşdırmaqdan ibarətdir.
Fəaliyyətinin əsas istiqamətləri kimsəsiz heyvanlara nəzarət, o cümlədən Respublikamızda heyvanlara qayğı mədəniyyətinin formalaşmasına töhfə verməkdir. Azərbaycan Heyvanları Xilasetmə Mərkəzinə ziyarət zamanı məktəblilər Mərkəzin fəaliyyəti və iş prinsipi ilə yaxından tanış olub, klinikaya yerləşdirilən və xüsusi həkim müayinəsində olan heyvanların müalicəsi işi haqqında daha ətraflı məlumat əldə ediblər.
IDEA (International Dialogue for Environmental Action) kampaniyası və Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi (AARC) gəncləri daim kimsəsiz heyvanların qayğısına qalmağa, onları qorumağa səsləyir. Bu məqsədlə, ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitə qayğı ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA (International Dialogue for Environmental Action) kampaniyasımütamadi olaraq məktəblilərin Mərkəzə ziyarətini təşkil edir.
Qeyd edək ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası ilə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərən Azərbaycan Heyvanları Xilasetmə Mərkəzi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə yaradılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB