Yağmurlu hava həftə sonu da davam edəcək

Yağmurlu hava həftə sonu da davam edəcək

"İstirahət günü Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Arabir güclənən mülayim şimal küləyi əsəcək". SİA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova deyib, paytaxtda və yarımadada havanın temperaturu gecə 10-12, gündüz 12-16 dərəcə isti olacaq.

Şöbə müdirinin sözlərinə görə, oktyabrın 6-da ölkənin bölgələrində şimşək çaxacağı, yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir: "Arabir güclənən qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə isə temperaturun 0 dərəcəyə yaxın olacağı gözlənilir".

Bütün xəbərlər Facebook səhifəmizdə