Küləkli hava şəraiti davam edəcək

Küləkli hava şəraiti davam edəcək

Bakıda və Abşeron yarımadasında soyuq, küləkli hava şəraiti davam edəcək, arabir yağış yağacaq.

Temperatur rejiminin anomal gedişi, gecə və gündüz 11-15° isti, Bakıda gecə və gündüz 13-15° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Temperatur gecə 5-10°, gündüz 15-20° isti olacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Temperatur gecə və gündüz 4-9° isti olacaq.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Temperatur gecə 8-13°, gündüz 13-18° isti olacaq.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Temperaturun gecə 3-8°, gündüz 10-15° isti, yüksək dağlıq ərazilərdə gecə 0°-yə yaxın olacaq.

Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.

Temperaturun gecə 8-13°, gündüz 13-18° isti olacaq.

Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

Temperatur gecə 9-14°, gündüz 14-18° isti, dağlarda gecə 3-8°, gündüz 8-13° isti olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə