Azercell VII Beynəlxalq Təhsil və Karyera sərgisində yerli mütəxəssislər üçün iş imkanlarından söhbət açdı

Azercell VII Beynəlxalq Təhsil və Karyera sərgisində yerli mütəxəssislər üçün iş imkanlarından söhbət açdı

Bu gün Bakıda 7-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisi işə başlayır. Təhsil sahəsində regionun ən böyük tədbiri sayılan bu sərgidə Azərbaycan və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələri ən müxtəlif ixtisas proqramlarını, xaricdə təhsil və karyera imkanlarını təqdim edirlər.

Sərginin 100-dən artıq iştirakçısı arasında Böyük Britaniya, Cənubi Koreya, İspaniya, Kanada, Litva, Macarıstan, Polşa, Şimali Kipr və digər ölkələrin umiversitetlərinin nümayəndələru var. Sərgi iştirakçıları tələbə və nümayəndə heyətlərinin mübadiləsi, habelə elmi-tədqiqat fəaliyyəti sahəsində əməkdaşlıq üzrə proqramlarla bağlı Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri üçün xüsusi təkliflər hazırlayıblar.

Təhsil Nazirliyi tərəfindən dəstəklənən sərginin ilk günü "Azərbaycanda əmək bazarının inkişafı naminə yeni təşəbbüslər" mövzusunda dəyirmi masa da təşkil olunub. Tədbirdə nazirliklər, dövlət qurumları ilə yanaşı ölkədə fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri də iştirak edib. Dəyirmi masada Azercell Telekom MMC-nin nümayəndələri iştirak edərək bu sahədə görülən işlər, yerli mütəxəssislər üçün iş imkanları, kadrların peşəkarlıq səviyyəsinin artırılması məqəsdilə həyata keçirilən layihələr haqqında ətraflı söhbət açıblar. Şirkət nümayəndələri eyni zamanda işə qəbul zamanı yaranan çətinliklərdən söhbət açıb.

Qeyd edək ki, Azercell Telekom mütəmadi olaraq öz əməkdaşlarını müxtəlif inkişaf proqramları ilə təmin edir. Azercell MDB ölkələri arasında ilk və yeganə şirkətdir ki, öz əməkdaşlarının inkişafına diqqət ayırdığı üçün "İnvestors in people" (İnsana sərmayə) beynəlxalq gümüş sertifikatına layiq görülüb. Məlumat üçün bildirək ki, sözügedən sertifikatı ingilis şirkətlərindən əlavə dünyada cəmi 19 özəl şirkət alıb ki, onlardan biri da Azercell-dir.

Artıq uzun müddətdir ki, şirkətin reallaşdırdığı Tələbə Təqaüd və Tələbə Təcrübə proqramları isə indiyədək bir çox gənclərin inkişafına yardım göstərib, onların gələcəkdə peşəkar kimi formalaşmasına dəstək olub. Azercell, həmçinin, mütəmadi olaraq şirkətdə Karyera Günləri təşkil edir, məzun və tələbələrin işlə təmin olunmasına yardımçı olur. Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

"Azercell Telekom" MMC 1996-cı ildə təsis edilmişdir və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Bir sıra innovativ texnologiya və konsepsiyaları ilk dəfə olaraq Azərbaycana Azercell gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 53% olan Azercell-in şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2012-ci ilin sonuna Azercell abunəçilərinin sayı 4,4 milyon nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir. 2013-cü ildə Azercell ölkənin mobil operatorları arasında mobil elektron imza xidməti Asan imza sistemini tətbiq edən ilk operator oldu.

Bütün xəbərlər Facebook səhifəmizdə