Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasından (YAP) prezidentliyə namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası uğurla həyata keçirilir. SİA-nın məlumatına görə, növbəti görüş Biləsuvar rayonunun Əsgərabad kəndində keçirilib.
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəzə Həsənov, Filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Universitetinin kafedra müdiri Fikrət Cahangirovun da iştirak etdiyi tədbiri YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Mirzəyev açıb. Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi islahatlardan söhbət açan təşkilatın sədri, aparılan sosialyönümlü islahatların əhali tərəfindən rəğbətlə qarşılandığını qeyd edib. YAP rayon təşkilatının sədri çıxışının sonunda kənd seçicilərini 9 oktyabrda keçiriləcək prezident seçkilərində mütəşəkkil iştirak etməyə və Yeni Azərbaycan Partiyasının namizədi İlham Əliyevə səs verməyə çağırıb.
Tədbirdə çıxış edən siyasi elmlər üzrə fəlsəfə doktoru Mürtəza Həsənov ölkədəki güclü idarəçilik sisteminin formalaşdığını deyib. O, ölkə Prezidentinin rəhbərliyi ilə son 10 ildə Azərbaycanda həyata keçirilən möhtəşəm abadlıq və quruculuq işlərindən danışıb və seçiciləri cənab İlham Əliyevə səs verməyə çağırıb.
Filologiya elmləri doktoru, professor Fikrət Cahangirov isə seçicilər qarşısında çıxışında ölkəmizdə elm, təhsil, mədəniyyət, gənclər, idman və ordu quruculuğu sahəsində aparılan siyasətin, 10 il ərzində Prezident cənab İlham Əliyev tərəfindən dinamik inkişaf etdirildiyini qeyd edib. O, seçiciləri bu işlərin bundan sonra da davam etdirilməsi üçün cənab İlham Əliyevə səs verməyə çağırıb.
Qeyd edək ki, görüşdə çıxış edən kənd sakinləri də Əsgərəbad kəndinin seçicilərinin 9 oktyabr 2013-cü il tarixdə keçiriləcək Prezident seçkilərində birmənalı şəkildə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB