Son bir ayda 3016 əcnəbi yaşama qaydalarına əməl etməyib. Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən xəbərə görə, bu ilin sentyabr ayı ərzində yaşama qaydalarına əməl etməyən miqrantlardan 18-nin Azərbaycan Respublikası ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün əsas verən sənədləri itirildiyindən yenisi ilə əvəz olunub. 173 nəfərə cərimə tətbiq edilməklə ölkə ərazisində yaşamaları leqallaşdırılıb. Bundan başqa 2669 əcnəbinin Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərk etmələri, 156 əcnəbinin isə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılmaları barədə qərarlar qəbul edilib.
Ümumiyyətlə, ay ərzində Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 6400 müraciət daxil olmub. Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və mü-vafiq qərarlar qəbul edilib.
Qeyd edək ki, ötən ay ərzində olduğu yer üzrə qeydiyyatla bağlı 47651 nəfər əcnəbinin müraciəti qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB