Lökbatan qəsəbəsində səyyar görüş keçirilib FOTOLAR

Lökbatan qəsəbəsində səyyar görüş keçirilib FOTOLAR

Bu gün Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılovun Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, görüşdə rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon təsərrüfat sahələrinin rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 300-ə yaxın qəsəbə sakini iştirak edib. İştirak edən qəsəbə sakinlərindən 24 nəfəri fərdi qaydada dinlənilib. Sakinlər qəsəbədə görülən quruculuq abadlıq işlərindən razılıqlarını bildərərək ölkə rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər. Qəsəbə sakinlərinin problemlərini dinləyən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli istiqamətində aidiyyatı üzrə rayonun idarə rəhbərlərinə müvafiq tapşırıqlarını verib.

Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyev tərəfindən imzalanan "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçirilən infrastruktur layihələrin qəsəbənin problemlərinin həllində xüsusi rol oynadığı qeyd edərək görüləcək işlər barədə danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə