Bakıda sanator-kurort zonaları yaradılacaq

Bakıda sanator-kurort zonaları yaradılacaq

"Böyük Bakının regional inkişaf sxemi"nə əsasən, paytaxt ərazisində Böyük Zirə və Qum adaları da daxil olmaqla, sahəsi 300 hektar təşkil edəcək sanator-kurort zonaları yaradılacaq. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən SİA-ya verilən xəbərə görə, inkişaf sxeminə uyğun olaraq Dənizkənarı Milli Park Bibiheybət qəsəbəsindən Zığ qəsəbəsinədək (33 kilometr) uzadılacaq, idman-sağlamlıq obyektləri 700 hektar ərazini əhatə edəcək.

Layihədə, həmçinin parklara 500 hektar, əhalinin vaxtının səmərəli keçirilməsi məqsədi ilə müvafiq infrastrukturun yaradılmasına 1550 hektar, şəhərin mərkəzində aşağı mərtəbəli binaların tikintisinə 1400 hektar, o cümlədən 5 mərtəbəli binaların inşasına 1000 hektar ayrılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə