YAP namizədinin təbliğat-təşviqatında seçici fəallığı qələbə soraqlıdır FOTOLAR

YAP namizədinin təbliğat-təşviqatında seçici fəallığı qələbə soraqlıdır FOTOLAR

Dünən Yeni Azərbaycan Partiyası Suraxanı rayonu Seçki Qərargahı YAP-ın prezidentliyə namizədi Cənab İlham Əliyevin təbliğat və təşviqat kampaniyası çərçivəsində Əmircan qəsəbə seçiciləri ilə görüş keçirdi.

Görüşü giriş sözü ilə açan YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov 9 oktyabr tarixində keçiriləcək prezident seçkiləri ilə bağlı aparılan təbliğat-təşviqat kampaniyasının seçici fəallığı ilə davam etdiyini bildirdi. O, əhalinin seçkiləri bayram əhvali-ruhiyəsi ilə qarşıladıqlarını bildirərək, seçicilərin sosial rifahına toxundu. Qeyd etdi ki, Azərbaycanda iqtisadi, siyasi və sosial islahatlar aparılmış, ölkənin hərtərəfli inkişafına geniş imkanlar yaradılmışdır:"Yaşadığımız zamanın reallıqları göstərir ki, Azərbaycan cəmiyyətinin siyasi illüziyalara deyil, real nəticələrə ehtiyacı var, ictimai rəy siyasi vədlərə deyil, faktlara qiymət verir. Bu gün müstəqil Azərbaycan dövlətinin öz siyasi dəst-xətti, dövlətçilik siması, inkişaf yolu vardır". V.Seyidov çıxışında əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun ölkə vətəndaşlarının rifahına, dövlətimizin inkişafına xidmət etdiyini bildirərək, dövlətin müstəqilliyinin insanlara bəxş etdiyi demokratiyanı, siyasi sabitliyi vurğuladı və seçiciləri Prezident seçkilərində fəal olmağa, seçimində məntiqə söykənməyə səslədi. O, əmircanlı seçiciləri layiqli namizədə, güclü dövlət, yüksək rifaha doğru addımlamaq üçün sabahımıza uğurlar gətirəcək Cənab İlham Əliyev səs verməyə çağırdı.

Görüşdə çıxış edən akademik Vasim Məmmədəliyev Azərbaycanın qısa bir zaman məsafəsində qazandığı nailiyyətlərdən, əldə olunan uğurlardan danışaraq, həyata keçirilən layihələrin nəticəsində Azərbaycanın beynəlxalq aləmdə sabit, dinamik iqtisadi inkişafa malik demokratik ölkə kimi tanındığını bildirdi:"Azərbaycanın sürətli inkişafı, əhalinin sosial rifahının yüksəlməsi və quruculuq işlərinin artması ölkənin simasını dəyişib. Görülən işlər əhalinin səviyyəsinin yüksəlməsində və yoxsulluğun azalmasında mühüm rol oynayıb." O, seçiciləri əmin-amanlığa, sabitliyə, səs verməyə çağıraraq, hər seçiciyə düzgün seçim edərək, demokratiyanın bizlərə verdiyi azad və şəffaf seçimdən layiqincə yararlanmağı tövsiyyə etdi. Seçiciləri hakim partiya olan Yeni Azərbaycan Partiyasının namizədinə səs verməyə çağırdı.

Görüşdə çıxış edən Milli Məclisinin deputatı Ziyad Səmədzadə ölkədə gedən sürətli inkişafdan, əhalinin sosial rifahının yüksəlməsindən danışaraq, dövlət tərəfindən insanların qayğı ilə əhatə olunmasını onların dövlətə olan inam hissini daha artırdığını bildirdi: "Azərbaycan Prezidenti İlham Əliyevin son günlərdə əhalinin sosial rifahının yüksəldilməsi - əmək haqlarının artırılması ilə bağlı bir-birinin ardınca imzaladığı Sərəncamlar insanların həyat səviyyəsini yüksəlməsinə yönəlmiş diqqətdir. Ölkəmizdə abadlıq-quruculuq işləri geniş vüsət alıb. Yeni məktəblər inşa olunub, təmir və bərpa etdirilib". O, seçicilərin günü-gündən dəyişən Azərbaycanın işıqlı sabahı naminə Cənab İlham Əliyevə səs verəcəklərinə əminliyini bildirdi.

Millət vəkili Ağacan Əbiyev Azərbaycan Prezidenti İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasətini uğurla davam etdirdiyini bildirərək Onun yorulmaz və gərgin əməyi sayəsində Azərbaycanın imza atdığı nailiyyətləri qeyd etdi. Bütün sahələrdə olduğu kimi idman da qazanılan uğurlar diqqətdədir: "Azərbaycan idmançılarının beynəlxalq yarışlarda qazandığı parlaq uğurlar Cənab İlham Əliyevin başçılıq etdiyi idman hərəkatının qələbəsidir. Onun təşəbbüsü ilə təkcə paytaxt Bakıda deyil, eyni zamanda regionlarda da olimpiya idmanı-sağlamlıq komplekslərinin tikilib istifadəyə verilib". O, seçicilərə üzünü tutaraq 9 oktyabrda onları Cənab İlham Əliyevə səs verməyə çağırdı.

Görüşdə çıxış edən millət vəkili Sevinc Fətəliyeva son 10 ildə həyata keçirilən uğurlu siyasi kursdan, irimiqyaslı layihələrdən, abadlıq-quruculuq işlərindən danışdı: "Ulu Öndərin siyasi məktəbindən bəhrələnən, yüksək intellekti və qabiliyyəti ilə Azərbaycan dövlətinə uğurlar gətirən Azərbaycan Prezidenti İlham Əliyevin səyi və qətiyyəti nəticəsində ölkəmizdə sosial, iqtisadi və siyasi sabitlik təmin edilib. İctimai-siyasi sabitlik olmadan hər hansı inkişaf mümkün deyil. Bu inkişafın davamı üçün, İlhamla İRƏLİ!".

Görüşdə çıxış edən Əmircan qəsəbəsinin sakinləri Hicran Şərifov, Vəfa Məmmədova, Səfiyyə Məmmədova, Samirə Dünyamalıyeva, Fəridə Bünyatova və başqaları Azərbaycanın bugünkü inkişafını, onun regionun qüdrətli dövlət olaraq adının hallanmasını və dünyada imic qazanmasını ölkə Prezidentinin məqsədyönlü fəaliyyətinin məntiqi nəticəsi oduğunu vurğuladılar. Əmircanlı seçicilər Azərbaycanın gələcək inkişafı naminə Cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

ZÜMRÜD BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə