Yeni Azərbaycan Partiyası tərəfindən (YAP) namizədliyi irəli sürülən cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir. SİA-nın məlumatına görə, bu işlərin davamı olaraq YAP Lerik rayon təşkilatı tərəfindən Lerik rayonun Blaband, Barzavu, Anbu, Lüləkəran, Osnağakücə, Xəlifəkücə və Şinəband kəndlərində seçicilərlə görüşlər keçirilib.
Milli Məclisin deputatı, təbliğat-təşviqat qrupunun üzvü İqbal Məmmədovun iştirak etdiyi tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının seçki qərargahının sədri Elxan Qənbərov partiyanın namizədi cənab İlham Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verib. Rayon təşkilat sədri bildirib ki, son 10 ildə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə tam ictimai-siyasi sabitlik yaradılıb, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilib. Regionların sosial-iqtisadi inkişafı "Dövlət Proqramları"nın icrası nəticəsində həm bölgələrin inkişafı, həm də əhalinin məşğulluq problemi həll edilib: "Azərbaycanın ən ucqar rayonları, qəsəbə və kəndləri əsl inkişaf yolu keçib, yüz minlərlə yeni iş yeri yaradılıb. Bu işlərin davamlı olması, Azərbaycanın gələcək inkişafı, dövlətçiliyinin daha da möhkəmləndirilməsi naminə qarşıdan gələn seçkilərdə sizlərin İlham Heydər oğlu Əliyevə səs verməyə dəvət edirəm".
Daha sonra tədbirdə çıxış edən Milli Məclisin deputatı İqbal Məmmədov vurğulayıb ki, Azərbaycan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır: "Son hesablamalara əsasən, ölkəmiz iqtisadi inkişaf tempinə görə MDB məkanında birinci, rəqabət qabiliyyətliliyinə görə dünyanın 146 ölkəsi arasında 39-cu yerdədir. Bu işlərin davamı olaraq hər birinizi 9 oktyabrda xalqımızın layiqli oğlu, dövlətçiliyimizin və gələcəyimizin təminatçısı İlham Əliyevə səs verməyə çağırıram".
Tədbir iştirakçıları Əliheydər Əliyev, Əfqan Quliyev, Elxan Əliyev və başqaları İlham Əliyevin bu gün alternativsiz bir namizəd olduğunu qeyd edərək bütün xalqımızın yalnız ona səs verəcəyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB