Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi layihəyə yekun vurdu FOTOLAR
Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycan Respublikası Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi İctimai Birliyi tərəfindən "Şəhid Ailələri və Əlillərin Hüquqlarının marifləndirilməsi" adlı layihəsi çərçivəsində yekun tədbirini QHT rəhbərləri ilə birlikdə "Əlil İttifaqları" İB-nin konfarans zalında keçirilib. SİA-nın verdiyi məlumata görə, birliyin sədri Rövşən Ağamalıyev tədbiri açaraq layihə çərçivəsində görülmüş işlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Daha çonra QHT rəhbərlərindən Davud Rəhimli, Elşən Uluxanlı çıxış edərək şəhid ailələri və əlillərin hüquqlarının bu təbəqədən olan insanlara təbliğinin vacibliyindən danışaraq bildiriblər ki, elə insanlar var ki, öz hüquqlarını bilmədikləri üçün çoxları problemlərinin həll olunması üçün hansı dövlət idarəsinə müraciət edəcəklərini bilmirlər. Kitabların çap olunaraq o insanlara paylanması onların öz hüquqlarının nədən ibarət olmasını bilmələrinə dəsdəkdir.
Çıxış edənlər bu istiqamətdə gələcəkdə də maarifləndirici vasitələrin çap edilərək paylanmasının vacibliyini bildiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB