Bu gün Azərbaycan zəvvarları Ciddə şəhərində eniblər. Bu barədə SİA-ya Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) məlumat verilib. Hər iki reys müvafiq olaraq Bakı vaxtı ilə saat 10:30-da və 12:00-da çatıb. Beləliklə, ilk zəvvar qruplarımızın Həcc ziyarətinə start verilib. Səfərlə bağlı və zəvvarlar arasında indiyə qədər hələ ki, heç bir problem qeydə alınmayıb.
Qeyd edək ki, bu gün səhər saat 08:00-da və 09:20-də Heydər Əliyev Beynəlxalq Hava limanından azərbaycanlı zəvvarları aparan ilk təyyarə reysləri yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB