Lənkəranlılar Ələkrəm Hümbətovun hərəkətlərini qətiyyətlə pisləyirlər MÖVQE

Lənkəranlılar Ələkrəm Hümbətovun hərəkətlərini qətiyyətlə pisləyirlər MÖVQE

Vaxtilə Azərbaycanda "Talış-Muğan Respublikası" kimi absurd bir ideyanı ortaya ataraq separatçılıq bataqlığına yuvarlanan üzdəniraq "polkovnik" Ələkrəm Hümbətov xarici dövlətlərin birində qısa müddətli susqunluqdan sonra yenidən ortaya atılaraq gündəmi zəbt etməyə çalışmışdır. Ağlını itirən bu adam daha uzağa gedərək xatırlanmaq naminə Azərbaycan xalqının qatı düşməni ermənilərə qucaq açmış, İrəvanda görüşlər keçirmiş, yenidən sərsəm fikirlərini səsləndirmişdir. O hələ də anlamır ki, Qarabağ uğrunda şəhid olan minlərlə azərbaycanlı, o cümlədən talış oğullarının ruhları onun bu xəyanətkar əmələrini heç vaxt bağışlamyacaq. Ələkrəmin İrəvana getməsinin səbəbi guya burada iranşünaslıq fakültəsinin nəzdində talışşünaslıq kursunun təqdimatı kimi göstərilir. Soruşmaq azımdır, bir nəfər belə talışın yaşamadağı Ermənistanda talışlara, talış dilinə məhəbbət hardandır belə? Cavabı çox da axtarmaq lazm gəlmir. Erməniərin başlıca məqsədi gündən-günə tərəqqi edən Azərbaycan dövlətini zəiflətməkdən başqa bir şey dyildir. Bəs bunu Ələkrəm kimi dönük insanlar başa düşürlərmi? Lakin 1993-cü ildə Qarabağda döyüşlərin qızğın vaxtında rəhbərlik etdiyi hərbi hissəni döyüş bölgəsindən özbaşına geri çəkən bu xəyanətkar insandan bundan artıq nə gözləmək olar ki? Xalqımızın gözəl bir məsəli var: "Qozbeli qəbir düzəldər." Xəyanət yolunu tutmuş bu Ələkrəmin hərəkətlərini Lənkəran ziyalıları, sadə insanları, kimliyindən asılı olmayaraq hər kəs qətiyyərtlə pisləyir.

Tanınmış iş adamı, "Yaşıl çay" jurnalının təsisçisi Araz Yağubov da Ələkrəm Hümbətovun ağılsız hərəkətlərinə qətiyyətlə etiraz edir. O deyir: "Ələkrəmin vaxtilə Lənkəranda yaratdığı xaos, hərcmərclik heç vaxt yadından çıxmaz. Lakin onun İrəvanda, qaniçən düşmənlərimizin yanında ümumazərbaycan ailəsinin ayrılmaz hissəsi olan talışların adından danışması bağışlanmazdır. Axı o kimdir? Kim ona bu səlahiyyəti verib? 1993-cü ilin avqustunda Ələkrəmin xəyanətkar əməllərindən bezən xalq onu birdəfəlik tarixin zibilliyinə süpürüb atmışdır. Məgər bu ona dərs olmadı? Bu gün onun yenidən meydana atılması azğın düşmənlərimiz olan ermənilərin növbəti fitnəsindən başqa bir şey deyildir. Öz adımdan, ailəmin adından, rəhbərlik ediyim kollektivin adından bir daha bildirmək istəyirəm ki, Ələkrəm Hümbətov bizdən deyildir. Ələkrəm talış xalqının adına ləkədir. Onun vətənimizin bütövlüyünə yönəlmiş bütün addımlarını qətiyyətlə pisləyirəm".

Bu günlərdə "Yaşıl Çay" jurnalının əməkdaşı Barat Kərimov Lənkəran sakinləri ilə görüşmüş, Ələkrəm Hümbətovun xəyanətkar hərəkəti ilə bağlı onların fikirlərini qələmə almışdır.

Zaman həmin zaman deyil

Yadıma 1990-1991-ci illərin əvvəli düşür. Sovet imperiyası hələ yaşayırdı. Lənkəranda "Leninçi" qəzeti nəşr olunurdu. Səhifələrində Murad Acıyev adlı bizə tanış olmayan bir şəxsin "Adını de, Talış" silsilə yazıları dərc olunurdu. Onda Azərbaycanda siyasi durum çox çətin idi. Dağlıq Qarabağda və Ermənistanda yaşayan azərbaycanlılar ata-baba yurdlarından zorla qovulurdular. Can üstə olan imperiya şovinist Arkadi Volskinin əli ilə bildiyini edirdi. Azərbaycanın xərtitədən bir dövlət kimi silinməsi təhlükəsi yaranmışdı. Bu azmış deyə ölkənin şimalında ləzgi, cənubunda isə talış məsələsi ortaya atılmışdı. Özünü talışların cəfakeş lideri adlandıran Ələkrəm Hümbətov bulanıq suda balıq tutmaq fikrini gerçəkləşdirmək istəyirdi. Ulu öndərimiz separatçı rejim yaratmağa cəhd etməyə çalışanın dərsini lazımınca verdi. Lakin olub- keçənlərdən obyektiv nəticə çıxara bilməyən Ə.Hümbətov yenidən İrəvana və Xankəndinə gedərək ermənilərlə qucaqlaşıb öpüşməyi özünə rəva bilib.

Bu zavallı hələ də başa düşə bilmir ki, zaman həmin zaman deyil. Azərbaycan xalqı, eləcə də ölkəmizdə yaşayan bütün etnik qruplar dövlətimizə, dövlətçiliyimizə, ən əsası Heydər Əliyev irsinin davamçısı hörmətli prezidentimiz İlham Əliyev cənablarına sadiq olmalarını zaman- zaman təsdiqləyiblər. İndi dünya çapında Azərbaycan dövlətinin nüfuzu hər saat, hər dəqiqə artır.

Bu gün ölkəmizin cənub bölgəsinin, həmçinin Lənkəranın vətəndaşları da bütövlükdə uğurlu siyasət yeridən dövlətimizlə həmrəy olduqlarını qiymətli fikirləri ilə jurnalımızın çoxminli oxucularına çatdırmağı özlərinə borc bilirlər.

Hamılıqla "yox" deyirik

Onda cəbhə hakimiyyəti Lənkəranda istədiyini edirdi. Saç-saqqalını idarəçilikdə ağardan ziyalılar, idarə və müəsisiə rəhbərləri adam yerinə qoyulmurdu. "Burda mənəm Bağdada kor Xəlifə" siyasəti hərc-mərcliyə sanki yaşıl işıq yandırmışdı. Yəqin etmişdik ki, bunun axırı yoxdur. Polkovnik mundiri geyinən Ələkrəm Hümbətov elə fürsət axtarırmış. Fizuli cəbhəsində qanlı döyüşlərin getdiyi ərəfədə hissəsini Lənkərana gətirdi. 14 iyun 1993-cü ildə cəbhə hakimiyyətinə son qoyan Ə.Hümbətovun gestapo rejimi fəaliyyətə başladı. İnanın, insanlar yol ayrıcında qalmışdılar. Nə etdiyimizi düşünə bilmirdik. Hər an, hər dəqiqə gözümüz Bakıya diklimişdi. Yeganə ümidimiz Ali Sovetin sədri, müdrik insan Heydər Əliyev idi. Bilirdik ki, günlərin birində millətin xilaskarı öz sözünü deyəcək. Dedi də.

Yaşım 70-i çoxdan keçib. Talış övladı olsam da vətənim Azərbaycandır. Bu vətənlə bütün nəslim fəxr edir. Axı, talışlığımızı kim əlimizdən alır ki. Bizdə heç vaxt ayrı-seçkilik olmayıb və olmaz da. Bir də Ə.Hümbətov kimdir ki bizə - talışlara vəkillik etsin? Bizim etibarlı, dünyada nüfuz sahibi olan bir vəkilimiz var. O da ölkəmizin prezidenti Cənab İlham Əliyevdir. Elə buna görə də ölkəmizi gözdən salmağa cəhd edən Ələkrəm Hümbətova və onun kimi simasızlara birdəfəlik yox deyirik.

Mirpenç Hətəmov,

Şağlaser kəndinin ağsaqqalı

Gərək vicdanını itirməyəsən

Televiziya ekranında Ələkrəm Hümbətovu ermənilərin arasında görənda sanki dəhşətə gəldim. Axı, belə bir vicdansızlığa nə ad vermək olar? Analoqu olmayan əcaib bir əməllə görəsən Ə.Hümbətov nəyə nail olmaq istəyir? Elə burda böyük ədibimiz Cəlil Məmmədquluzadənin "Bəlkə də qaytardıar" hekayəsi yadıma düşür. Ələkrəm Hümbətov günlərin birində Lənkəranda cəbhə hakimiyyətini yıxıb yerinə keçmişdi. Bu azmış deyə hələ özünü qondarma bir qurumun prezidenti də elan etmişdi. Bundan əvvəl - yəni 1991-ci ilin yanvar ayında o sövet hökümətinə də sataşmışdı. Bu hadisə gözümüzün qabağında baş vermişdi. Onda Ə.Hümbətov Lənkəran-Astara magistral yolunun Gərmətük qəsəbəsindən keçən hissəsini qoçu dəstəsi ilə bağlaya bilmişdi. Həmin vaxt Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Naziri İlhüseyn Hüseynov rayona gəilb bu işi həll etdikdən sonra şöbəmizin rəhbərliyinə ciddi iradlarını bildirmişdi.

Onda şəxsən mənim başçılığımla polis şöbəsində briqada ayrılaraq ölkələrarası magistral yola nəzarəti öhdəmizə götürdük. Bir müddət içtimai asayişi bərpa edə bildik. Əsas çətinlik mərkəzdə boşluğun yaranması idi. Məhz belə bir şəraitdən istifadə edən Ə.Hümbətov kimi vicdaınını itirmişlər ölkəyə maddi və mənəvi ziyan vururdular. Polisin gündəlik fəaliyyətində isə çatışmazlıqlar gündən-günə artırdı.

Mən Rusiyada ali milis təhslili almışdım. Öhtəmə düşən vəzifəni isə heç nədən , hətta ölümdən belə qorxmadan icra edirdim. Yenə deyirəm, Ə.Hümbətov kimilər sağalmaz xəstəliyə mübtəla olublar. İndi belə bir həssas məqamda gərək vicdanını itirəsən ki, gedib erməniyə baş əyəsən. Daha belələrinə sözüm yoxdur.

Şəmsəddin Babayev,

Osaküçə kəndi, ehtiyatda olan polis zabiti

Yolumuza davam edirik

Düz 45 ildir ki, gənc nəslin təlim və tərbiyəsi ilə məşğul oluram. Düz 45 ildir ki, dövlətimizi və doğma vətənimizi övladlarımıza sevdirir, onların kamil bir insan kimi yetişməsinə çalışıram. Son televiziya görüntülərindən sonra özümə suallar verməyə başladım. Görəsən, Ələkrəm Hümbətov bu eybəcər hərəkəti ilə kimdən intiqam almaq istəyir? Vallah, nə qədər düşünüb-daşınsam da heç bir şey aydınlaşdıra bilmədim. Axı, ermənilər yüzlərlə yaşayış məntəqələrimizi yerlə yeksan ediblər. İnanc yerimiz olan məscidlərimizdən əsər-əlamət belə qalmayıb. Çoxlu miqdarda insanımız hələ də erməni əsirliyindədir. Minlərlə analarımızın qəlbinə övlad dağı dəyib. Cavan-cavan gəlinimiz dul, qızlarımız isə qardaşsız qalıb. Millətimizə vurulmuş yaraların say-hesabı yoxdur...

Bütün bunların müqabilində dövlətimizə, namus və qeyrətimizə qənim kəsilən Qukasyanlarla, Sarkisyanlarla, Koçaryanlarla... bir stolun ətrafında oturmağı özünə necə rəva bilir Ələkrəm Hümbətov?. Bundan böyük rəzalət yoxdur və ola da bilməz. Öz xalqına, öz dövlətinə xəyanət edənlərin sonu faciədir. Şagirdlərim tez-tez mənə sual verirlər.

- Ay müəllim, necə ola bilər ki, bu ölkənin havasını udasan, suyunu içəsən, çörəyini yeyəsən, sonra da misli görülməmiş bir xəyanətkara çevriləsən?

Dönə-dönə izah edirəm, başa salıram ki, ay oğul, ay qızım, dönüklər həmişə olub və bu gün də var. Baxın, Ələkrəm Hümbətov dediklərimin bariz nümunəsidir. Belələrinə əlimiz çatmasa da, mütləq uca Tanrının zavalına gələcəklər. Onlara tutarlı cavabımız hamılıqla müstəqil dövlətimizin ətrafında indikindən daha sıx birləşməyimizdir. Dünya bizi tanıdıqca imzalar içində imzamız daha da mökəmlənir. Bu aydın həqiqəti Ə.Hümbətov kimi xisləti natəmiz, gözü kor, qulağı kar, içərisindən üfunət iyi gələnlər görə bilməzlər. Görsələr də özlərini görməməzliyə vurmuş olarlar. Baxın, bu gün sizə dərs dediyimiz gözəl və yaraşıqlı məktəb binası dövlətin uğuru deyil, bəs nədir?. Hər kənddə, hət qəsəbədə belə məktəb binaları, səhiyyə ocaqları inşa edilərək övladlarımızın ixtiyarına verilir. Elə məktəbimizin qarşısındakı insanın zövqünü oxşayan abad və asfalt yol nəyə desən dəyər. Qoy görməsinlər, qoy qulaq ardına vursunlar, ancaq biz sizinlə Ulu Öndərimizin vəsiyyətlərini dönmədən həyata keçirməklə yolumuza davan edirik və bundan sonra da davam edəcəyik.!

İltifat Məhərrəmov,

Vilvan kənd orta məktəbinin ali kateqoriyalı müəllimi

Yaddan çıxmaz o günlər

Biz ziaylılar bir qayda olaraq həmişə haqqı və ədaləti müdafiə etmişik. Yaxşı yadımdadır, həmin qanlı-qadalı günlərdə kəndimizdə də radikal cəbhəçilərə, bədnam ad çıxaran Ələkrəm Hümbətova tək-tük də olsa arxa duran tapılırdı. Vəziyyət çətin olsa da biz beləlrinin cavabını vaxtıdna verir və yerində otuzdururduq. Ə.Hümbətov saxta maska geyinib güya talışlara gün ağlamağ fikrindədir. Əsla belə deyildi. Onun məkrli siaysətini ağıllı insanlar yaxşı dərk edirdilər. Kənd ziyalılarının çoxu demək olar ki, bizim ətrafımızda toplaşmışdı. Lazım gələndə mərkəzə gedib öz sözümüzü deyirdik.

O vaxt prezident seçkilərinə hazırlıq gedirdi. Cəbhəçilərin və ələkrəmçilərin fırıldaq işlərini insanlar tez anlayır və onlardan aralanırdılar. Onlar prezident seçkilərində bildiklərini edərək Əbülfəz Elçibəyə səs toplaya bildilər. Çünki həmin dövrdə Lənkəranda cəbhəçilər hakimiyyətdə idilər. Gördük onların iş prinsipini. Onlara qəlbən səsə verənlər də qısa vaxt ərzində yanlış hərəkət etdiklərini anladılar. Vaxtı ilə bir cəbhədə olan cəbhəçilər və Ələkrəm Hümbətov vəziyyətin acınacaqlı olduğunu görəndə ayrı-ayrı qütblərə çəkildilər. Və bunun nəticəsi idi ki, Ə.Hümbətov cəbhə hakimiyyətini zərbə altına qoydu.

Şərait elə gətirdi ki, Lənkəran Dram Teatrında Ələkrəm Hümbətov keçirilən yığıncaqda özünü Talış-Muğan respublikasının prezidenti elan edərkən hələ o vaxt mən öz etirazımı bildirmişdim.Tək deyildim. Mənimlə həmfikir olanlar səbrsizliklə bu saxta qurumun dağılmasını gözləyidilər. Hər şey düşündüyümüz kimi həyata keçdi. Ulu Öndərimizin uzaqgörən siyasəti tezliklə öz bəhrəsini verdi. Hər şey qaydasına düşdü.

Özünü zorla talışlara- yəni mənim bacı-qardaşlarıma, qohum-əqrəbama sırımağa çalışan Ələkrəm Hümbətovun aqressiv siyasəti demək olar ki, puça çıxdı. İndi də yolunu Xankəndinə, İrəvana, nə bilim daha haralara salmaqla dividend qazanmaq istəyir. Alınmaz, ay Ələkrəm Hümbətov! Ataların gözəl bir məsəli var: "Su axar, çuxurunu tapar." Sən də yaxşı tapmısan. Ermənilərlə kirvə olan vaxtındır. Özün bilərsən. Ancaq talışların hissiyyatına toxunma. Sənə bir ziyalı, Azərbaycanın layiqli bir vətəndaşı, həm də bir talış övladı kimi məsləhətim belədir. Otur yaxşı-yaxşı fikirləş!

Ayaz Nəhmətov,

Veravul kənd sakini, təqaüddə olan müəllim,

"Yaşıl çay"

Bütün xəbərlər Facebook səhifəmizdə