Zəvvarlar yola düşdü

Bu gün həcc ziyarətinə gedən zəvvarların ilk qrupu səhər saat 08.00-da Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. Bu gün iki uçuş həyata keçiriləcək ki, növbəti uçuş 09.20-də baş tutacaq.

QMİ-nin sədr müavini Hacı Fuad Nurullahın SİA-ya verdiyi açıqlamasına görə, zəvvarların son qrupu oktyabrın 8-də səhər saat 08:00- da yola düşəcək.

Qeyd edək ki, zəvvarların Həcc ziyarətinə uçuşunu Fransanın "France Air" aviaşirkəti təşkil edir. Bu il ölkəmizdən təxminən 3300 nəfər Həcc ziyarətinə gedəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə