Cəlilabadlıların seçimi - İlham Əliyev

Cəlilabadlıların seçimi - İlham Əliyev

Yeni Azərbaycan Partiyası seçki qərargahının Cəlilabad rayon şöbəsi partiyanın namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşləri davam etdirir. Cənab İlham Əliyevin təşviqatı ilə əlaqədar olaraq oktyabrın 2-də rayonun Privolnoye və Ağdaş kəndlərində seçicilərlə görüşlər keçirilib.

Hər iki tədbiri giriş sözü ilə partiyanın seçiki qərargahının Cəlilabad rayonu üzrə rəhbəri, YAP Cəlilabad rayon təşkilatının sədri Mirsüleyman Mirxaslı açaraq bu günkü görüşlərin məram və məqsədlərini diqqətə çatdırıb. Bildirib ki, Cənab İlham Əliyevin təbliğat kompaniyasının bütün yaşayış məntəqələrində böyük uğurla, seçicilərin yüksək siyasi fəallığı şəraitində davam edir. Prezident İlham Əliyevin Respublikaya rəhbərlik etdiyi 10 il ərzində bütün sahələrdə nəzərəçarpacaq nailiyyətlərə nail olunduğu, əhalinin sosial vəziyyətinin kökündən yaxşılaşdığını, ölkədə siyasi sabitliyin daha da möhkəmlənməsi, demokratiyanın inkişafı və insan azadlığına daim diqqət yetirilməsi nəticəsində Azərbaycan inamla, sürətlə irəlləyir. Rayon təşkilatının sədri buna görə də seçiciləri seçkilərdə fəal iştirak etməyə, partiyanın layiqli namizədinə səs verməyə çağırıb.

Görüşlərdə iştirak edən və seçicilər qarşısında çıxış edən Milli Məclisin deputatları Mirkazım Kazımov və Malik Həsənov, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Arşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirov qeyd ediblər ki, məhz cənab İlham Əliyevin ölkə prezidenti olduğu son on ildə iqtisadiyyat 3,4 dəfədən çox artmış və ölkəmiz artım tempinə görə müasir dünyada lider dövlətə çevrilib.

Bildirilib ki, bu müddətdə əmək haqları 5, pensiyalar 9, sosial müavinətlər 7 dəfə artıb, yoxsulluğun səviyyəsi 6 %-ə, işsizliyin səviyyəsi isə 5.2 %-ə düşüb. Qeyd olunan müddətdə təhsilə büdcə ayrılmalarının həcmi isə 6 dəfə, səhiyəyə ayırmalar isə 11 dəfə çoxalıb. 2500-dən çox yeni məktəb binaları, 500 dən çox tibb müəssisələri, 58 idman olimpiya kompleksləri tikilib istifadəyə verilib, süni peykimiz orbitə çıxarılıb. Ölkədə infrastrukturun yeniləşməsi sahəsində əsaslı layihələr həyata keçirilib, əhaliyə göstərilən kommunal xidmətlər kökündən yaxınlaşıb, qaçqın və məcburi köçkünlər üçün 82 müasir qəsəbələr salınıb, çadır şəhərçikləri tamamilə ləğv edilib, əhalinin elektrik enerjisi, qaz təchizatı və içməli su ilə təchiz olunması sahəsində samballı layihələr həyata keçirilib.

Qeyd olunub ki, cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində bütün bölgələr yenidən qurulur. Yeni asvlt yollar çəkilir, infrastruktur yenilənir. O cümlədən Cəlilabad rayonunda da son illər görülən tikinti, abadlıq və quruculuq işləri də diqqətəlayiqdır.

Natiqlər bütün seçiciləri 9 oktyabrda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, qayğıkeş insan və müdrik rəhbər cənab İlham Əliyevə səs verməyə çağırdı və əminliklə vurğulandı ki, cəlilabadlılar həmişə olduğu kimi yenə də Heydər Əliyev ideyları ətrafında sıx birləşəcək və cənab İlham Əliyevə səs verəcəklər.

Görüşlərdə Privolnoye kəndində seçicilərdən müəllim Azər Rüstəmov, ağsaqqal Alik Əliyev, torpaq mülkiyyətçisi Nəsir Əzimov, pensiyaçı, rus icmasının rəhbəri Lübov Danilova, habelə Ağdaş kəndinin seçicilərindən pensiyaçı Əlisahib Niftullayev, müəllimlər Şəmsəddin Əsədullayev və Namus Rufullayev, meşə gözətçisi Nadir Məmmədov və başqaları çıxış edərək cənab İlham Əliyevin daxil və xarici siyasətini bəyəndiklərini, onun ölkə əhalisinə göstərdiyi diqqət və qayğını yüksək dəyərləndirdilər və seçkilər günü özləri və bütün ailə üzvləri ilə cənab İlham Əliyevə səs verəcəklərini bildiriblər.

Taleh Bağırov, "İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə