YAP-ın təbliğat qurupu Yardımlıda seçicilərlə görüşüb

YAP-ın təbliğat qurupu Yardımlıda seçicilərlə görüşüb

Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri ilə bağlı Yeni Azərbaycan Partiyası(YAP) ölkənin bütün rayonlarında təbliğat-təşviqat tədbirlərini davam etdirir. Bu görüşlər çərçivəsində oktyabrın 2-də Yardımlı rayonunun Şiləvəngə və Hamarkənd kəndlərində seçicilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Yardımlı rayon təşkilatının sədri Mahir Mirzəyev aşaraq bildirib ki, YAP Azərbaycanın aparıcı, avanqard siyasi qüvvəsidir: "İstər sosial bazası, istərsə də təşkilati baxımdan YAP digər siyasi partiyalardan öndə gedir. Yeni Azərbaycan Partiyası ilə rəqabət apara biləcək siyasi qüvvə yoxdur. Azərbaycan gənc müstəqil dövlət olsa da, sürətlə inkişaf edir, bölgədə, dünyada yeri və rolunu möhkəmləndirir, beynəlxalq münasibətlər sisteminin aparıcı qüvvəsinə çevrilir. Ölkəmizin bütün dövlətlərlə bərabərhüquqlu münasibətlər qurmaq prinsipini həyata keçirdiyi siyasətin önündə saxalması uğurların davamlılığını şərtləndirən əsas amillərdən biridir. Bu gün bölgədə Azərbaycanın iştirakı olmadan heç bir layihə öz həllini tapa bilməz. Azərbaycan təşəbbüsləri gerçəkləşdirən ölkə kimi tanınır və nüfuz qazanır. Ölkəmizin təşəbbüsü ilə həyata keçirilən layihələr ölkələr, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə stimul verir. Uğurla gerçəkləşən layihələr yeni-yeni layihələr üçün zəmin yaradır. Bu gün Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatçısı kimi tanınması da gerçəkdəşdirdiyi layihələrin nəticəsidir".

Daha sonra çıxış edən Milli Məclisin deputatı Musa Qasımlı vurğulayıb ki, iqtisadi uğurları şərtləndirən əsas amillərdən biri də siyasi islahatlar, demokratikləşmə prosesinin sürətlə həyata keçirilməsidir: "Demokratik cəmiyyətin mövcudluğunu təsdiqləyən əsas göstəricilərdən biri məhz ölkədə seçkilərin azad, şəffaf və dünya standartlarına uyğun keçirilməsidir".

Taleh Bağırov, "İki sahil"

Bütün xəbərlər Facebook səhifəmizdə