Ölkəmizdə ekoloji maarifləndirmə və ətraf mühitin qorunması ilə əlaqədar bir çox layihələr həyata keçirən IDEA (International Dialogue for Environmental Action) kampaniyası hər il sentyabr ayının sonunda bir çox ölkələrdə qeyd olunan "Ümumdünya Turizm günü" ilə əlaqədar 2 oktyabr tarixində "Ekoturizm və davamlı inkişaf" mövzusunda interaktiv seminar təşkil edib.
SİA-ya verilən məlumata görə, 20-yə yaxın gəncin iştirak etdiyi seminar Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında yerləşən IDEA Resurs Mərkəzində baş tutub.
Seminarın keçirilməsində əsas məqsəd yeni yaranmış bir sahə olan ekoturizm haqqında gəncləri maarifləndirmək, onları ekoturizmin davamlı inkişafda oynadığı önəmli rol ilə daha yaxından tanış etməkdir.
Seminarda ekspert qismində IDEA kampaniyasının layihələr üzrə koordinatoru Surxay Novruzlu iştirak edib. Ekspert gənclərə ekoturizim, onun inkişafı, ətraf mühitə təsirləri haqqında məlumat vermiş və bu sahədə onlarımaraqlandıran müxtəlif tipli sualları cavablandırıb.
Mövcud problemlərdən söz açan ekspert təbiətin turistlər tərəfindən çirkləndirilməsinin oradakı canlılar, ümumilikdə biomüxtəliflik üçün nə dərəcədə böyük bir təhlükə yaratdığını seminar iştirakçılarının diqqətinə çatdırıb.
İnteraktiv şəkildə keçirilən seminarın sonunda ekspert gəncləri sözügedən sahə ilə daha dərindən maraqlanmağa və təbiət qoynunda istirahət edərkən ətraf mühitin qorunmasına, təmizliyinə xüsusi diqqət yetirməyə səsləyib.
Qeyd edək ki, IDEA kampaniyası bu cür maarifləndirici layihələri mütəmadi olaraq həyata keçirir.
Xatırladaq ki, IDEA (International Dialogue for Environmental Action) kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva tərəfindən təsis edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB