Lerikin bir sıra kəndlərində seçicilərlə görüşlər keçirilib FOTO
Azərbaycan Respublikası Prezidentliyinə Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində YAP Lerik rayon təşkilatı tərəfindən Lerik rayonun Piran və Daster, Siyov kənd inzibati ərazi dairələrinə daxil olan Piran, Zəriküməco, Hovil kəndlərində seçicilərlə görüş keçirilib. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən YAP Lerik rayon təşkilatının sədri Elxan Qənbərov bildirib ki, son 10 ildə YAP-nın sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasət nəticəsində ölkəmizdə tam ictimai-siyasi sabitlik yaradılıb, iqtisadiyyatın bütün sahələrinin inkişafı təmin edilib.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı İqbal Məmmədov qeyd edib ki, Azərbaycan cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bu gün dünyanın inkişaf etmiş ölkələri ilə bir sırada addımlayır: "İqtisadi inkişaf tempinə görə MDB məkanında birinci yerdədir. Rəqabət qabiliyyətliliyinə görə dünyanın 146 ölkəsi arasında 39-cu yerdədir. Təkcə ötən illə müqayisədə bu il dövlətimiz 7 pillə irəliləyib. Azərbaycanın gələcək inkişafını daha da möhkəmləndirmək, təmin etmək labüddür ki, düşmən əsarətində olan torpaqlarımız azad olunsun. Bunun üçün növbəti 5 ildə də cənab İlham Əliyevi Prezident görmək hər bir vətənini sevən insanın arzusudur. Bu arzunu gerçəkləşdirmək üçün hər birinizi 9 oktyabrda xalqımızın layiqli oğlu, dövlətçiliyimizin və gələcəyimizin təminatçısı olan Yeni Azərbaycan Partiyası tərəfindən Prezidentliyə namizəd İlham Əliyevə səs verməyə çağırıram".
Tədbir iştirakçıları da çıxış edərək həmişə xalqın qayğısına qalan Ulu öndərin layiqli davamçısı, Prezidentliyə YAP-nın namizədi İlham Əliyevin bu gün alternativsiz bir namizəd olduğunu qeyd ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB