Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri öncəsi Yeni Azərbaycan Partiyasının (YAP) təbliğat-təşviqat kampaniyası çərçivəsində Respublikanın müxtəlif rayonlarında keçirilən kütləvi tədbirlər plana uyğun olaraq davam edir. SİA-nın məlumatına görə, Masallı rayonundan Milli Məclisə deputat seçilən Nəriman Əliyev və Elmira Axundovanın iştirakı ilə YAP Masallı rayon təşkilatı tərəfindən rayonun Xırmandalı, Həsənli və Qarğalıq kəndlərinin seçiciləri ilə keçirilib.
Tədbirdə çıxış edən YAP Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev bildirib ki, Azərbaycanın son illərdə əldə etdiyi uğurlar, yüksək nailiyyətlər Ulu Öndər Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyev cənablarının sədr olduğu Yeni Azərbaycan Partiyasının bilavasitə fəaliyyəti ilə bağlıdır: "Prezident İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq həyata keçirilən siyasətin nəticəsi kimi 10 il ərzində Azərbaycan sözün həqiqi mənasında, möhtəşəm inkişaf mərhələsi keçib. Bütün bunlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu, hazırda ölkə başçısı tərəfindən uğurla davam etdirilən qayğı və zəhmətin, mübarizliyin nəticəsidir".
Daha sonra çıxış edən millət vəkili Nəriman Əliyev Prezident İlham Əliyevin 10 illik fəaliyyəti dövründə gördüyü işlərdən danışıb: "Cənab İlham Əliyev ötən 10 ildə Azərbaycanı dünyanın ən sürətlə inkişaf edən ölkəsinə çevirib. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları çərçivəsində Azərbaycanın hər bir rayonu, hətta kəndləri belə, inkişaf etdirilib".
Daha sonra Elmira Axundova çıxış edərək bildirib ki, İlham Əliyevin son 10 illik hakimiyyəti dövründə Azərbaycan dövləti daha da inkişaf edərək regionun ən qüdrətli ölkəsinə çevrilib: "Ulu öndərin müdrik siyasətinin layiqli davamçısı olan cənab İlham Əliyev indi dünyanın ən nüfuzlu və güclü siyasi lideridir. Biz bir xalq, millət olaraq onunla fəxr edirik. İnanırıq ki, hər bir azərbaycanlının Prezidenti olan cənab İlham Əliyev yenidən ölkə rəhbəri seçiləcək".
Kənd ağsaqqallarından Sadıq Əbilov, Mirtağı Cəfərov, şair Qəhrəman Mirzəyev, tədbir iştirakçılarından Sərdar Ağababayev, İlahə Bağırova və başqaları çıxış edərək İlham Əliyevin Azərbaycan xalqı üçün göstərdiyi diqqət və qayğıdan söz açaraq bu dəfə ki seçkilərdə də YAP-ın qələbəsinə əmin olduqlarını bildirdilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB